AZ

Vuçiç: Qərb öz addımları ilə münaqişələrin nizamlanmasında köməkdən imtina edir

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) gəlməyən Avropa ölkələri siyasi motivlər güdürlər.

Missiya.Az “Report”a istinadən xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç jurnalistlərə bildirib.

"Onların gəlib-gəlməməsi mənim üçün fərq etmir, əsas odur ki, biz buradayıq və gələcəkdə də buraya gələcəyik", - o deyib.

A.Vuçiç vurğulayıb ki, Qərb bu cür addımlarla beynəlxalq münaqişələrin nizamlanmasında köməkdən imtina edir: "Onlar minlərlə ikitərəfli görüş və danışıqlar keçirə bilərdilər, ancaq gəlmədilər. Bu sammit xüsusilə Ukrayna və Yaxın Şərqdə olduğu kimi böyük münaqişələrin dayandırılması lazım olan bir vəziyyətdə çox vacibdir".

Seçilən
10
14
missiya.az

10Mənbələr