AZ

"Mayk sinəmə vuranda elə bildim ki, məni qatır təpiklə vurdu"

Dörd çəki dərəcəsində sabiq dünya çempionu, Beynəlxalq Şöhrət Zalının üzvü kiçik Roy Cons 58 yaşlı Mayk Taysonla 27 yaşlı Ceyk Pol arasında baş tutacaq döyüşdən öncə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, "BoxingScene" onun sözlərini belə çatdırıb:

"Tayson ən ağır zərbələrə malik boksçudur. Mən üz-üzə gəldiyim heç bir boksçuda belə zərbə görməmişəm. Mayk sinəmə zərbə endirəndə elə bildim ki, məni təpiklə qatır vurdu. Döyüşün 14 unsiyalıq əlcəklər və şlemlərlə keçiriləcəyini deyirlər. Amma müdafiə planında bunların heç biri Mayka lazım deyil, mənə inanın".

Xatırladaq ki, Pol və Mayk arasında keçiriləcək səkkiz raundluq qarşılaşma rəsmi statuslu görüş olacaq. Tərəflər noyabrın 16-da üz-üzə gələcəklər. 

Həm də bloger kimi tanınan Polun hesabında peşəkar boksda 10 qələbə var ki, bunlardan da 7-də nokaut qeydə alınıb. Tayson isə qazandığı 50 qələbənin 44-də rəqiblərini nokautla yenib. Mayk 6, Pol 1 dəfə uduzub.

Nihat

Seçilən
23
fanat.az

1Mənbələr