AZ

COP29: Avropanın tanınmış futbol klubları Bakıda bəyannamə imzalayacaqlar

“Bildiyiniz kimi, "Qarabağ” Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyans yaratması təşəbbüsü ilə çıxış edib. Bu da COP29 və BMT-nin İdman və İqlim Dəyişikliyi üzrə Departamenti (UNFCCC) tərəfindən dəstəklənib”.

Oxuməni.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın İdarə Heyətinin üzvü Asif Əsgərov AZƏRTAC-a açıqlamasında Ağdam təmsilçisinin iqlim dəyişikliyi ilə mübarizədə futbol klublarının birgə alyans yaratması təşəbbüsü ilə çıxış etməsi barədə danışarkən deyib.

O bildirib ki, “Qarabağ” bu tədbiri Avropa Klublar Birliyi (ECA) ilə birgə təşkil edir: “Avropanın sayılıb-seçilən klubları dəvətimizi müsbət qarşıladılar. Onu deyə bilərəm ki, əsasən Avropada iqlim dəyişikliyi ilə bağlı böyük işlər görən klublara üstünlük vermişik. Təqribən 10-12 təmsilçi paytaxtımıza səfər edəcək və müzakirələr aparacaqlar. Ümid edirəm ki, sonda bəyannamə imzalaya biləcəyik. Növbəti hədəf klub sayının artırılması və götürülmüş öhdəliklər üzərində olacaq”.

Qeyd edək ki, futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyans yaratması təşəbbüsü ilə bağlı tədbir noyabrın 16-da saat 14:00-da Mavi Zonanın "Nəsimi" zalında baş tutacaq.

Oxuməni.az

Seçilən
4
16
oxumeni.az

10Mənbələr