AZ

Gürcüstanın “artsax”ında anti-Rusiya aksiyaları - nə baş verir?

Rusiya şirkətlərinin Abxaziya ilə investisiya sazişi separatçı qurumda müxalifəti ayağa qldırdı,  Suxuminin yolları bağlandı   

Noyabrın 11-dən separatçı Abxaziyada siyasi vəziyyət kəskin gərginləşib,  müxalifət paytaxt Suximidə kütləvi etiraz aksiyalarına başlayıb.

Musavat.com xəbər verir ki, gərginliyə Rusiya şirkətlərinin Abxaziyada  investisiya layihələrinin həyata keçirilməsi üçün imkanlar açan saziş səbəb olub. Müqavilə oktyabrın 30-da imzalanıb və hazırda Abxaziya parlamentinin ratifikasiyasını gözləyir. Bu məsələnin müzakirəsi noyabrın 15-nə təyin edilmişdi. Məhz bu gün müxalifət fəalları respublikada müqavilənin ləğvi tələbi ilə etiraz aksiyaları təşkil etməyi planlaşdırırdılar. Noyabrın 11-də Abxaziya parlamentinin plandankənar iclası zamanı bu sazişin elementi olan çoxfunksiyalı komplekslərin yaradılması haqqında qanun layihəsi müzakirə edilib. Parlament qarşısına toplaşan müxalifətçilərin həbsi gərginliyi artırıb. 

Suxumidəki  həbsdən sonra müxalifət tərəfdarları Dövlət Təhlükəsizlik Xidmətinin binası yaxınlığında toplaşıblar. Müxalifətçilər respublikanın əsas magistral rolunu, körpüləri bağlayaraq həbs edilənlərin azadlığa buraxılmasını tələb ediblər. 

Abxaziya Milli Birlik Forumu Partiyasının sədri Aslan Bartsitsin  deyib ki,  saxlanılanlar arasında Ömər Smir, keçmiş deputatlar Qarri Kokaya və Almasxan Ardzinba, həmçinin Ramaz Dzhopua və Aslan Qvaramiya da var. Bartsits həbsin siyasi motivli olduğu qənaətindədir. Lakin rəsmilər həbslərin deputatlardan birinə qarşı  zor tətbiqi ilə izah edirlər.

 “Saxlanma tərzi elə idi ki, sanki xüsusilə təhlükəli cinayətkarlar saxlanılırdı. Əgər kimsə onları Dövlət Təhlükəsizliyi Xidmətində söhbətə dəvət etsəydi,  özləri ora gələrdilər”, – müxalifət liderlərindən biri Adqur Ardzinba vurğulayıb.

Yerli “Respublika” teleqram kanalının məlumatına görə, qohumlarına saxlanılanlarla görüşə icazə verilmir və onların vəziyyəti barədə məlumat yoxdur.  

 Separatçı qurumun “prezidenti” Aslan Bjaniya hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə fövqəladə iclas keçirərək ölkədəki mövcud vəziyyətlə bağlı məlumat verib. Baş prokuror Adqur Aqrba qeyd edib ki, aksiyalar zamanı saxlanılanların yaxınları və müxalifət nümayəndələri Dövlət Təhlükəsizliyi Xidmətinin binasına qanunsuz daxil olmağa cəhd ediblər, lakin onların cəhdinin qarşısı hüquq-mühafizə orqanları tərəfindən alınıb.

Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Dmitri Kuçuberiya baş verənləri “kütləvi iğtişaşlar” kimi qiymətləndirib.  Daxili işlər naziri Robert Kiut  deputatla bağlı insidenti hücum kimi qiymətləndirib. 

Müxalifət lideri Adqur Ardzinba tərəfdarlarının saxlanmasını həmin şəxslərin milli maraqlarını müdafiə etməsi ilə izah edib. “Biz nəinki onların azadlığa buraxılmasına çalışacağıq, deputatların   oliqarxlara böyük fayda vermək və Abxaziyanı satmaq üçün yaşıl işıq yandırmaq istədikləri sazişin ratifakasiyasına  imkan verməyəcəyik ”.

Rusiya tərəfi isə bildirir ki, saziş Abxaziya iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının, istehsal sektorunun, turizmin və kurort sənayesinin inkişafına töhfə verəcək.“Abxaziya Rusiyanın köməyi olmadan müxalifətlə razılığa gəlməlidi”. Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Svetlana Jurova belə deyib.   Jurovanın fikrincə, indi sadəcə olaraq, baş verənləri müşahidə etmək lazımdır.

 Ən son məlumatlara görə, aksiya iştirakçıları Suxumiyə gələn yollardan birini-Kodor  körpüsünü açmağa razı olublar. Tanınmamış separatçı respublikanın prezidenti əhaliyə müraciıt edərək sakitliyi qorumağa çağırıb. 

Musavat.com

Seçilən
25
1
musavat.com

5Mənbələr