AZ

“Vətəndaş sazişi” erməni terrorçuların qaytarılması ilə bağlı bəyanatın qəbulunu əngəllədi

Ermənitanda hakim “Vətəndaş sazişi” partiyasının deputatları müxalifət tərəfindən hazırlanmış “Azərbaycanın saxladığı erməni hərbi əsirlər haqqında” sənədin qəbulunu faktiki olaraq əngəlləyiblər.

Musavat.com xəbər verir ki, hakimiyyət təmsilçiləri səsvermədə iştirak etmədikləri üçün kvorum təmin edilməyib və bəyanat qəbul olunmayıb.

“Vətəndaş sazişi” fraksiyasının rəhbəri Ayk Koncoryan hakim partiyanın mövqeyini izah edərək, hökumətin əsirlərin geri qaytarılması məsələsində xüsusi bir hadisəni gözləmədiyini söyləyib.

Musavat.com

Seçilən
12
16
musavat.com

10Mənbələr