İsrailin Baş naziri Benyamin Netanyahu İran xalqına növbəti videomüraciət ünvanlayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Netanyahunun ölkəsinin İranla müharibə istəmədiyini bildirib.
“Ayətullah Xamenei rejimini İsraildən daha çox qorxudan bir şey var. Bu siz - İran xalqısınız. Xamenei rejimi günü-gündən zəifləyir, İsrail isə güclənir. İndiyə qədər dünya gücümüzün yalnız kiçik bir hissəsini görüb”, - Netanyahu vurğulayıb.
O, ingilis dilində etdiyi videomüraciətində deyib ki, Xamenei rejimi onun ölkəsinə yüzlərlə ballistik raket atıb: “Maraqlıdır, o sizə bu hücumun neçəyə başa gəldiyini söylədimi? Nə az, nə çox: 2,3 milyard dollara...
Bu raketlər İsrailə az ziyan vurdu, bəs sizə nə qədər zərər verdi? Bu milyardlar İranda nəqliyyata və təhsilə xərclənə bilərdi. Bunun əvəzinə Xamenei rejiminin qəddarlığını göstərdi və dünyanı ölkənizə qarşı çevirdi. Sizə məxsus olan pulu sizdən aldı”.
Çıxışını yekunlaşdıran Netanyahu İranı İsraillə dinc və firavan həyat “xəyalını” gerçəkləşdirməyə çağırıb.