AZ

COP for Hope: COP29-da baş verən hadisələr iqlim problemlərinin həllinə böyük ümid verir – Malayziya nümayəndəsi

Bakı. Trend:

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlıxüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi iləmübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkərəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm vəekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkanyaradır.

Budəfəki müsahibimiz Malayziyadan olan “OfficerGreen Tech İdeaslab Sdn Bhd” şirkətinin icraçı direktoru ElinaJanidir.

Elina Jani Trend-ə açıqlamasında bildirib ki, COP28-də BirləşmişƏrəb Əmirliklərində başlanan prosesin COP29-da Azərbaycanda davametməsindən çox məmnundurlar və hələ çox iş görülməlidir.

“Biz Malayziyanın Təbii Sərvətlər, Ətraf Mühit və İqlimDəyişiklikləri Nazirliyinə birbaşa tabe olan dövlət qurumuyuq.Malayziyada davamlı inkişaf sahəsində layihələr üçün müxtəlifmaliyyələşdirmə sxemlərini, eləcə də, vergi güzəştlərini təşviqedirik.

Ümid edirik ki, Azərbaycanın COP29-a sədrliyi qlobal iqlimprosesinə, maliyyə həmrəyliyinə, zərər və itkilərinqiymətləndirilməsinə, adaptasiya məsələlərinə daha çox aydınlıqgətirəcək və əlbəttə ki, fəaliyyətlərin əlaqələndirilməsiniyaxşılaşdıracaq. Burada baş verən hadisələr iqlim məsələlərininhəlli üçün böyük ümid verir", - deyə o qeyd edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimikeçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
16
4
az.trend.az

10Mənbələr