Pakistanda 27 sərnişini olan avtobus Hind çayına aşıb.
Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Bildirilib ki, hadisə nəticədə 14 nəfər ölüb, sərnişinlərdən 12-si itkin düşüb, daha 1 nəfər isə xəsarət alıb.
Qəzanın sürət həddinin aşılması və sürücünün idarəetməni itirməsi səbəbindən baş verdiyi vurğulanıb.
Məlumata görə, sərnişinlər toy mərasiminin iştirakçıları olub.