AZ

Murat Kurum: "COP29-da Türkiyə layihələrini, hədəflərini açıqlayacaq"

Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını (COP29) bütün dünyaya nümunə olacaq şəkildə təşkil edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murat Kurum Çoxsəviyyəli Fəaliyyət və Şəhərsalma Pavilyonunun açılış mərasimində deyib.

"COP29-un Azərbaycanda keçirilməsindən çox şadıq. Biz qardaşlarımıza dəstək olmaq məqsədilə buradayıq. COP29-da həmçinin Türkiyənin layihələrini, hədəflərini açıqlayacağıq. Böyük nümayəndə heyəti ilə birlikdə ölkəmizi yüksək səviyyədə təmsil edirik. Azərbaycana belə bir tədbirə ev sahibliyi etdiyi üçün təşəkkür etmək istərdim. Azərbaycan COP29-u bütün dünyaya nümunə olacaq şəkildə təşkil edib və belə bir böyük tədbirin keçirilməsinin öhdəsindən uğurla gəlib", - M. Kurum vurğulayıb.

Seçilən
34
3
operativmm.az

10Mənbələr