Çin ordusu qoşunlarının bir hissəsini döyüş hazırlığı vəziyyətinə gətirib.
Azpost.info xəbər verir ki, bu barədə Çin Xalq Azadlıq Ordusunun döyüş komandanlığından bildirilib.
Bu, Cənubi Çin dənizindəki mübahisəli Huangyan adaları yaxınlığındakı sularda patrul etmək üçün lazımdır.
Tapşırıqların icrasına dəniz və hava qüvvələri cəlb olunub.
Azpost.info