AZ

Koronavirus, qrip və qızılca: Soyuq havada hansından qorunaq?

Artıq payız fəslinə qədəm qoymuşuq. 

Havaların soyuması, fəsil dəyişkənliyi insanların orqanizmində müəyyən dəyişikliklərin baş verməsinə səbəb olur.

Ona görə də fəsil dəyişkənliyində bəzi qaydalara əməl edərək sağlamlığımıza diqqət yetirməliyik. Məsələ ilə bağlı tanınmış terapevt Rasif Bağırov "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, payız-qış mövsümündə insanın bədən müqaviməti müəyyən qədər zəifləyir, qan dövranında bəzi damarlarda daralma baş verir: 

"Buna görə də virus infeksiyaları üçün əlverişli mühit yaranır. Koronavirus, qrip və qızılca eyni şəraitdə fəaliyyət göstərirlər. Bu nöqteyi-nəzərdən yanaşsaq, bu xəstəliklərin birindən qorunduqda, digər xəstəliklərdən də qorunmuş oluruq”. 

Həkim qeyd edib ki, payız-qış mövsümündə külək axınlarıdan qorunmaq, infeksiyalı şəxslərdən uzaq durmaq lazımdır: 

“Təəssüf ki, əksər insanlar bunlara əməl etmədiyi üçün  payız-qış mövsümündə xəstəliklərin sayı daha da artır". 

Seçilən
23
cebheinfo.az

1Mənbələr