AZ

Okeanların ekosisteminin sağlamlığı üçün ildə 175 milyard dollarlıq maliyyə vəsaiti lazımdır

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 13-də Asiyanın iqlim müdafiəçisi Natali Sum Yue Çunq “Antarktika iqlim ekspedisiyası: karbon üçün mavi iqtisadiyyatın gələcəyini yenidən hazırlamaq” mövzusunda məruzə ilə çıxış edib.

“İki sahil” xəbər verir ki, Natali Çunq təbliğat və sosial media vasitəsilə karbon neytrallığını sürətləndirmək, okeanların potensialını ortaya çıxarmaq üçün təkliflərini bölüşüb. O bildirib ki, okean-iqlim qətnamələrini icra etməklə dəniz ekosistemlərini qorumaq lazımdır. Natali Çunq qalıq yanacaq hasilatını və okeanda istifadəsinin dayandırılmasının vacibliyini qeyd edib.

Məruzəçi okeanların sağlamlığı üçün ildə 175 milyard dollarlıq maliyyə vəsaitinin lazım olduğunu vurğulayıb.

Seçilən
15
1
ikisahil.az

2Mənbələr