18-25 noyabr tarixlərində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunan "Təbiətin səsi" adlı sərgi keçiriləcək.
Gəncə Dövlət Filarmoniyasından APA-ya verilən məlumata görə, Filarmoniyanın Urban Mərkəzində nümayiş etdiriləcək sərginin açılışı 18 noyabr saat 17:00-da olacaq.
Həmçinin açılışda Gəncə Dövlət Filarmoniyasının solistlərinin iştirakı ilə konsert proqramı təqdim olunacaq.