AZ

Ukrayna ABŞ-dan 1,35 milyard dollar qrant alıb: Görün nələrə xərclənəcək

Ukrayna ABŞ-dan 1,35 milyard dollar qrant alıb. Vəsait dövlət büdcəsinin sosial və humanitar xərclərinə yönəldiləcək.

Sitat.info xəbər verir ki, bunu Ukraynanın baş naziri Denis Şmiqal deyib.

O bildirib ki, Ukrayna bu vəsaitləri prioritet humanitar və sosial proqramlara yönəldəcək: "Bu dəstəyə görə amerikalı tərəfdaşlarımıza minnətdarıq". 

Maliyyə Nazirliyindən bildirilib ki, vəsait dövlət büdcəsində sosial və humanitar xərclərinin ödənilməsinə, xüsusən də müəllimlərin əməkhaqlarının ödənilməsinə yönəldilir. Bu vəsait Dünya Bankının “Ukraynada davamlı dövlət idarəçiliyinin təmin edilməsi üçün dövlət xərclərinin dəstəklənməsi”   layihəsi vasitəsilə Ukraynanın dövlət büdcəsinə köçürülüb.

Məğrur,

Sitat.info 

Seçilən
25
sitat.info

1Mənbələr