AZ

Zakeri: “Naxçıvandan daşınan yüklərin dəmir yolu ilə Bakıya çatdırılmasına ehtiyacı var”

İranın yol və şəhərsalma nazirinin müavini və Dəmiryolları Təşkilatının rəhbəri Cabbarəli Zakeri deyib ki, Azərbaycanla bağlanan müqavilələrdən biri də İran ərazisində və Araz çayının cənub hissəsində dəmir yolunun tikintisidir.

KONKRET.az xəbər verir ki, Azərbaycan hökuməti bildirib ki, bu layihə onun vəsaiti hesabına tikiləcək. “Müqavilələrin dərhal həyata keçirilməsi üçün Azərbaycan tərəfi Ağbənddə birgə körpü inşa edir. Bu körpüdə həm dəmir yolu, həm də avtomobil yolu nəzərdə tutulub və xoşbəxtlikdən layihə icra olunur.

Azərbaycanla əldə olunan razılaşmaların ikinci hissəsinə İran ərazisində və Arazın cənubunda dəmir yolunun tikintisi daxildir”, – deyə Zakeri vurğulayıb.

Onun sözlərinə görə, Naxçıvandan açıq sulara daşınan yüklərin dəmir yolu ilə Bakıya çatdırılmasına ehtiyacı var və təbii ki, yüklər Azərbaycan Astarasından İran Astarasına daşınacaq və bu da Şimal-Cənub dəhlizinin gücləndirilməsinə öz töhfəsini verəcək.

Seçilən
45
1
konkret.az

2Mənbələr