AZ

Braziliya bu gün NDC-nin tam versiyasını Saymon Stilə təhvil verəcək

Bakı. Trend:

Braziliya bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə ÇərçivəKonvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stilə ölkənin MilliSəviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) tam versiyasını təqdimedəcək.

Trend xəbər verir ki, bubarədə Braziliyanın ətraf mühit və iqlim dəyişikliyi naziri MarinaSilva COP29 çərçivəsində keçirilən “COP sədrlikləri “Troyka”nınyüksəksəviyyəli dialoqu: Ortaq rifahın gələcəyinə doğru Missiya 1,5üçün Yol Xəritəmiz” adlı tədbir zamanı bildirilib.

"Braziliya Paris Sazişinə sadiqliyini təsdiqləyir. Bu gün bizUNFCCC-nin İcraçı katibi Saymon Stilə Braziliyanın milli səviyyədəmüəyyən edilmiş töhfələrin tam versiyasını təqdim edəcəyik. Busənəd Braziliyanın 2035-ci ilə dair baxışlarını, habeləməqsədlərimizə çatmaq üçün zəruri hesab etdiyimiz siyasət vətədbirləri əks etdirir", - deyə M.Silva qeyd edib.

Qeyd edək ki, “Troyka” ölkələrinə Birləşmiş Ərəb Əmirlikləri(COP28), Azərbaycan Respublikası (COP29) və Braziliya (COP30)daxildir.

Xatırladaq ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimikeçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
37
1
az.trend.az

2Mənbələr