AZ

Braziliyalı nazir: "COP29-da 1,5°C hədəfinə nail olmaq öhdəliyini daşıyan Milli Töhfə Bəyannaməsi təqdim ediləcək"

Maliyyə öhdəliklərinin düzgün yerinə yetirilməsini təmin etmək hər bir ölkənin ümumi məsuliyyətidir və bunun üçün iqlim böhranı, biomüxtəlifliyin itirilməsi və səhralaşma ilə mübarizədə kompleks tədbirlərə ehtiyac var.

Bu fikirləri Braziliyanın ətraf mühit və iqlim dəyişikliyi naziri Marina Silva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən “Təbiət və iqlim üzrə xüsusi tədbirlər” sessiyasında səsləndirib.

“Məqsədimiz 2030-cu ilə qədər meşələrin qırılmasını tam sona çatdırmaqdır. 2023-cü ilin avqustundan 2024-cü ilin iyuluna qədər Amazonda meşələrin qırılması 30,6 % azalaraq son 15 ilin ən aşağı səviyyəsinə çatıb. Bu yolla biz bir çox ölkələrin illik emissiyalarından daha böyük bir töhfə verərək 400 milyon tondan çox CO2 emissiyasının qarşısını almışıq. Bu gün 2035-ci il üçün baxışımızı əks etdirən Milli Töhfə Bəyannaməsinin tam versiyasını təqdim edəcəyik”, - deyə M. Silva əlavə edib.

Onun sözlərinə görə, bu sənəd olduqca iddialıdır və 1,5°C temperatur hədəfinə nail olmaq öhdəliyini daşıyır.

Seçilən
23
aznews.az

1Mənbələr