AZ

Almaniya “Eurofighter Typhoon” döyüş təyyarələrinin Türkiyəyə satışına icazə verib

Almaniya 40 ədəd “Eurofighter Typhoon” döyüş təyyarəsinin Türkiyəyə satışına icazə verib.

“Poliqon” xəbər verir ki, bunu TV100 televiziya kanalına müsahibəsində Türkiyənin milli müdafiə naziri Yaşar Güler deyib.

Y.Güler əvvəlcə ABŞ-dan yeni F-16 “Viper” döyüş təyyarələrinin alınması ilə bağlı danışıb. O, ABŞ-dan 40 ədəd  F-16 “Viper” almaq istədiklərini və bunun üçün lazımi müqavilələrin imzalandığını bildirib.

Nazir daha sonra qeyd edib ki, Türkiyə əlavə olaraq 40 ədəd “Eurofighter Typhoon” döyüş təyyarəsi də alacaq: “Almaniya çox uzun müddətdir ki, “Eurofighter”-i satmamaq üçün müqavimət göstərir. Amma sonda NATO-dakı dostlarımızın – İngiltərə, İtaliya və İspaniyanın müsbət töhfələri ilə Almaniya da müsbət cavab verdi”.

Seçilən
27
poliqon.az

1Mənbələr