AZ

Millinin futzalçılarının Belçikaya getməsi alınmır

“Futsal Beşiktaş Gent” klubu ilə razılaşan Azərbaycan millisinin futzalçıları Xətai Bağırov və İsa Atayevin Belçika klubuna keçidi bu mövsüm baş tutmaya bilər.

Bunu İdman.bizə açıqlamasında Xətai Bağırov deyib.

Viza məsələləri gecikdiyi üçün futzalçılar artıq “Neftçi” ilə anlaşıblar. Bağırov mövsümün sonuna kimi Azərbaycanda qalmağı düşündüklərini deyib: “Vizalarımız bir qədər gecikdi. İndi hazır olub. Onları İstanbuldan götürmək lazımdır. Burda da çempionat davam etdiyi üçün gedə bilmirik. Bu mövsüm böyük ehtimalla “Neftçi”də oynayacağıq. Amma mövsümün ortasında gedə də bilərik. Vizanı götürmək uzun prosesdir. Həm də hazırda Bakı klubunda işlərimiz qaydasında gedir. Belçikada isə “Futsal Beşiktaş Gent”in çempionluq şansı əldən çıxıb. Ən pis halda mövsümün sonu getməliyik”.

Qeyd edək ki, hər 2 futzalçımız Belçika klubu ilə 1+1 il müddətində müqavilə bağlamağı planlaşdırırdı. “Futsal Beşiktaş Gent” klubunu 2015-ci ildə Belçikada yaşayan türkiyəli iş adamları yaradıb. Komanda Birinci Liqada mübarizə aparır.

Emin Ağa
İdman.biz

Seçilən
37
idman.biz

1Mənbələr