AZ

2030-cu ilə qədər tokenləşdirilmiş aktivlər üçün qlobal bazar 16 trilyon dollar olacaq

2030-cu ilə qədər tokenləşdirilmiş aktivlər üçün qlobal bazar təxminən 16 trilyon dollara çatacaq.

Qaynarinfo xəbər verir ki, bu proqnozu "Sberbank"ın İdarə Heyətinin sədri German Qref "FI Day Blockchain" konfransında verib.

"Bu, əlbəttə ki, biznes üçün, ilk növbədə maliyyə institutları üçün əla fürsətdir", deyə "Sberbank" rəhbəri bildirib.

Qref qeyd edib ki, bu il Rusiya rəqəmsal maliyyəyə yönəlmiş bir çox qanunvericilik təşəbbüslərini həyata keçirib. Onun sözlərinə görə, bunun sayəsində belə aktivlər ölkədə populyarlıq qazanacaq.

"Sberbank" İdarə Heyətinin sədri əlavə edib ki, gələn il rəqəmsal maliyyə aktivləri bazarında aktivliyin artacağını gözləyir. 

Qref konfransdakı çıxışı çərçivəsində onu da bildirib ki, süni intellektdən (AI) istifadə etmədən hakerlərə qalib gəlmək mümkün deyil. "Sberbank" rəhbəri qeyd edib ki, süni intellekt təkcə fürsət deyil, həm də təhlükədir. Onun sözlərinə görə, indi aydın olur ki, hakerlər süni intellektin ən son nailiyyətlərindən istifadə edirlər.

Aydın

Seçilən
11
qaynarinfo.az

1Mənbələr