AZ

“Bakının təmizliyi və gözəlliyi məni valeh etdi” – Tokionun qubernatoru

Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak üçün ölkəmizə səfərə gələn Yaponiyanın paytaxtı Tokio şəhərinin qubernatoru xanım Yuriko Koike Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ilə görüşüb.

“Apress.az” xəbər verir ki, xanım Yuriko Koike Bakının təmizliyi və gözəlliyinin onu valeh etdiyini vurğulayaraq, Azərbaycanda olmağından və COP29 tədbirində iştirakından məmnun olduğunu bildirib.

Qonaq həmçinin, Azərbaycanın və Bakı şəhərinin son illərdə sürətlə inkişaf etdiyini xüsusilə qeyd edib.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Yaponiya nümayəndə heyətinin Bakıda olduğundan məmnunluğunu ifadə edərək paytaxt Bakı şəhəri barədə məlumat verib. O bildirib ki, bu gün Bakı və regionların inkişafı ölkə başçısı cənab İlham Əliyevin fəaliyyətinin nəticəsidir.

Daha sonra hər iki paytaxt şəhər arasında gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.

 

Seçilən
28
19
apress.az

10Mənbələr