AZ

Monteneqro Prezidenti: “COP29 çox yaxşı təşkil olunub”

OP29-da iştirak etməkdən ötrü Azərbaycanda olmaqdan çox məmnunuq. Azərbaycanı bu il COP-u təşkil etməsi münasibətilə təbrik etmək istəyirəm; tədbir çox yaxşı təşkil olunub. Bu zirvə görüşü xüsusilə kritik dövrə təsadüf edir.

Son vaxtlar BMT-nin qurumları qlobal temperaturun artdığını və 2024-cü ilin rekord dərəcədə ən isti il olmağa doğru irəlilədiyini göstərən məlumatlar yayımlayıb. Bu məlumatlar, bildiyiniz kimi, qlobal istiləşmə kontekstində, xüsusən karbon emissiyaları ilə bağlı olduqca narahatedicidir.

Qlobal icma olaraq hamımız birlikdə hərəkət etməli, xüsusilə 2015-ci il Paris Sazişinə əməl etmək üçün bütün səylərimizi birləşdirməli və iqlim dəyişikliyinə qarşı mübarizə aparmalıyıq.

Bizim.Media xəbər verir ki, bu sözləri Azərtac-a müsahibəsində Monteneqro Respublikasının Prezidenti Yakov Milatoviç deyib.

Bildirib ki, iqlim dəyişikliyi bəlkə də bu gün dünya qarşısında duran ən böyük çağırışlardan biridir və həqiqətən də yalnız kollektiv səylərlə həll edilə biləcək qlobal məsələdir.
 

“Bu səbəbdən dünya liderlərini hər il bir araya gətirmək və ortaq öhdəliklərimizi bir daha təsdiqləmək vacibdir. Bildiyimiz kimi, dünyanın ən böyük ölkələri həm də ən böyük karbon emissiyaçılarıdır. Hər bir ölkə, o cümlədən Monteneqro və Azərbaycan bu məsələdə öz öhdəliyini nümayiş etdirir.


Hər il təkcə əldə etdiklərimizi bölüşmək üçün deyil, həm də dünyanın ən təcili problemini həll etmək üçün birgə gündəmimizi yeniləmək və gücləndirmək üçün toplaşırıq”, - deyə Yakov Milatoviç vurğulayıb.

Bizim.Media

Seçilən
23
14
bizim.media

10Mənbələr