AZ

Etiraz etsələr də, hakim qəbul etmədi

Türkiyəli müğənni Sərdar Ortaç və şoumen Mehmet Əli Ərbilin məhkəmə prosesi sona çatıb.

Kulis.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qanunsuz mərc oyunlarına təşviq etməkdə təqsirli bilinən Ortaç və Ərbil ev dustaqlığına etirazını bildirmişdi. Hakim isə etirazlarını rədd edib.

Qeyd edək ki, ümumlikdə 20 şübhəli saxlanılıb. Qanunsuz mərc oyunlarının təşkili ilə məşğul olduğu iddia edilən digər şəxslərin axtarışları isə davam edir. Saxlanılanlar arasında keçmiş futbolçu Batuhan Karadeniz, sosial media fenomenləri İbrahim Yılmaz, Muzaffer Zorbey Erkoçlar, Sefa Caner Sarıçam da var. Türkiyədə sözügedən cinayətə görə tətbiq ediləcək cəzalar arasında 3 ildən 5 ilədək həbs və cərimələr nəzərdə tutulub.

Seçilən
23
1
kulis.az

2Mənbələr