AZ

“Türkiyə İsraillə bütün münasibətləri pozub və onları bərpa etməyə çalışmayacaq” -ƏRDOĞAN

Türkiyə İsraillə bütün münasibətləri pozub və onları bərpa etməyə çalışmayacaq. Vətəninfo.az  “TRT Haber” telekanalına istinadən  xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Ərdoğan bildirib ki, Türkiyə İsrailə təzyiqləri artırmaq və beynəlxalq hüquqa əsaslanan məcburi tədbirlər görmək üçün əlindən gələni edir. Onun sözlərinə görə, Türkiyə İsrailin hərəkətlərinə, o cümlədən ticarətin dayandırılmasına ən sərt reaksiya verən və bu istiqamətdə ən konkret addımlar atan ölkə olub. “Hazırda biz Türkiyə Cümhuriyyətinin dövləti və hökuməti olaraq İsraillə əlaqələri kəsmişik. Hazırda bizim İsraillə heç bir əlaqəmiz yoxdur. Gələcəkdə də bu münasibətləri yaxşılaşdırmaq üçün heç bir addım atmayacağıq” deyən Türkiyə lideri ölkəsinin sona qədər Fələstinin yanında olacağını vurğulayıb.

Seçilən
14
veteninfo.az

1Mənbələr