AZ

CNN: "Stefanik Ukrayna ilə bağlı mövqeyini dəyişib"

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın administrasiyasında BMT-də daimi nümayəndə vəzifəsinə namizəd olan ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Eliza Stefanik Ukrayna münaqişəsi ilə bağlı mövqeyini dəyişib. Bu barədə CNN onun mətbuat katibi Əli Bləkə istinadən məlumat yayıb.

Jurnalistlər Stefanikin NATO-nu 2022-ci ildə Ukraynanı öz sıralarına qəbul etməyə necə çağırdığını xatırladıblar. Həmçinin siyasətçi daha sonra irimiqyaslı hərbi yardımın tərəfdarı olub. Bununla belə, o, BMT-də daimi nümayəndə vəzifəsinə namizəd kimi elan edildikdən sonra vəziyyət dəyişib. Çünki Əli Blek konqresmenin Ukraynanın alyansa qəbul edilməsi fikrində qalıb-qalmamasına aydınlıq gətirməkdən imtina edib.

Eyni zamanda, Blek Stefanikin "baş komandan kimi" Trampın göstərişlərinə əməl etmək niyyətində olduğunu etiraf edib. O, qeyd edib ki, respublikaçı Trampın güc yolu ilə sülh yaratmaq siyasətini də dəstəkləyir.

Tural

Seçilən
20
1
news365.az

2Mənbələr