AZ

"Repetitorlar pedoqoji prosesi pozur" - Ekspert

“Bu gün təhsilin əsas ciddi problem repetitorluqdur. Bu, biliyin mənimsənilməsinə deyil, əzbərçiliyə xidmət edir və təhsildə ciddi fəsadlar törədir. Repetitorluq təhsil sistemini böyük bir rüşvət və korrupsiya şəbəkəsinə çevirib. İllərdir ki, repetitorluğun ləğvi barədə danışılır, deyilir. Amma hələ də bir nəticə yoxdur. Repetitorluq məktəbdən fərqli olaraq vətəndaş yetişdirə bilməz. Çünki təhsil sistemi müxtəlif səviyyələrdə tədris olunan bütün fənlər, tədris proqramları üzərində qurulub. Repetitor yanında tarixi, riyaziyyatı öyrənmək olar, amma o şagirdin digər fənlərdən heç bir anlayışı olmur”.

Bunu Bakupost.az -a əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyib.

O bildirib ki, bəzi müəllimlər əsas dərs saatında lazımi bilgi vermir, bununla da şagirdləri əlavə saatlarda çalışmağa sövq etmiş olurlar:

“Bu gün yuxarı sinif şagirdlərinin çoxu məktəbə yox, hazırlığa, repetitor yanına gedir. Çünki müəllimlər onlara lazımi bilgini vermir. Başları qarışıb repetitorluğa. Repetitor pedoqoji prosesi pozur, hətta ən mükəmməl müəllimlər belə bəzən repetitorluq dalğasına tabe olur və məktəbdəki dərsləri yaxşı keçmir. Şagirdlərinə fərdi hazırlıqları aşılayırlar. Məktəb kompleks bir yerdir. 5-6 repetitor bir məktəbi əvəz edə bilməz. Repetitorluq biznesdir, özü də gəliri kifayət qədər çoxdur. Biznes isə rəqabətdir. Ölkədə repetitorluq fəaliyyətinin bu qədər geniş yayılması onu göstərir ki, təhsil sistemində qüsurlar var”.

Sevinc,
BakuPost
Seçilən
21
bakupost.az

1Mənbələr