AZ

1990-cı ildən bəri şəkərli diabet xəstələrinin sayı dörd dəfədən çox artıb – ÜST


1990-cı ildən bəri 1 və ya 2 tip diabetdən əziyyət çəkən insanların sayı dörd dəfədən çox artaraq 2022-ci ildə 800 milyonu ötüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “The Lancet” elmi jurnalında dərc olunmuş araşdırmasında bildirilir.
Məqalədə həmçinin bildirilir ki, 2022-ci ildə yaşı 18 və yuxarı olan təxminən 828 milyon nəfər şəkərli diabetdən əziyyət çəkir. Bu da 1990-cı ildən bu yana 630 milyon artım deməkdir. 1990-cı ildən 2022-ci ilə qədər diabetin yayılması qadınlar üçün 131 ölkədə, kişilər üçün isə 155 ölkədə artıb. Ən böyük artımlar Cənub-Şərqi və Cənubi Asiya, Yaxın Şərq və Şimali Afrika, Latın Amerikası və Karib hövzəsinin aşağı və orta gəlirli ölkələrində müşahidə olunub.
Tədqiqat müəllifləri belə nəticəyə gəliblər ki, 2022-ci ildə diabetin yayılması hər iki cins üçün Qərbi Avropa və Şərqi Afrikada, qadınlar arasında isə Yaponiya və Kanadada ən aşağı olub. Ən yüksək yayılma Polineziya və Mikroneziya, Karib dənizinin bəzi ölkələrində, Yaxın Şərq və Şimali Afrikada, həmçinin Pakistan və Malayziyada qeydə alınıb.
2022-ci ildə 30 yaş və yuxarı 445 milyon şəkərli diabet xəstəsi müalicə olunmayıb ki, bu da 1990-cı ildən 3,5 dəfə çoxdur. 1990-cı ildən 2022-ci ilə qədər diabet müalicəsinin əhatə dairəsi qadınlar üçün 118 ölkədə, kişilər üçün isə 98 ölkədə artıb.
ÜST qeyd edib ki, bu, bütün ölkələrin iştirak etdiyi həm şəkərli diabet, həm də onun müalicəsi ilə bağlı tendensiyaların ilk qlobal təhlilidir.
ÜST-nin iştirakı ilə hazırlanan bu elmi araşdırmada alimlər 140 milyondan çox insanın məlumatlarından istifadə ediblər.
Seçilən
16
9
yeniavaz.com

10Mənbələr