AZ

Serdar Ortaç İnstaqram hesabını bağlayıb

Serdar Ortaç İnstaqram hesabını bağlayıb"Qanunsuz mərc oynamağa təşviq etmək" iddiası ilə "ev dustaqlığı"na məhkum edilən müğənni Serdar Ortaç İnstaqram hesabını bağlayıb.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən "Qanunsuz mərc təşviqi" iddiası ilə əlaqədar aparılan istintaq daxilində, müğənni Serdar Ortaç və aparıcı Mehmet Əli Ərbil də daxil olmaqla 23 nəfər haqqında həbs qərarı çıxarılıb.

Məhkəmənin hökmü ilə Serdar Ortaç və Mehmet Əli Ərbil "ev dustaqlığı" cəzasına məhkum edilib. Hər iki ad da məhkəmə nəzarəti şərtlərinə tabe idi.

Mehmet Əli Ərbil qərardan sonra susarkən, Serdar Ortaç ev dustaqlığının ilk saatlarından sosial şəbəkədə silsilə paylaşımlar etməyə başlayıb.

Serdar Ortaç dünən axşam radikal qərar verib və İnstaqram hesabını bağlayıb. Ortaçın İnstaqram hesabına daxil olmaq mümkün olmasa da, onun X (Twitter) hesabını açıq saxlamağa davam etdiyi bilinib. Onun İnstaqramda 3 milyon 400 min izləyicisi olduğu görülüb.

Vüsalə İbrahimli

Seçilən
10
sonxeber.az

1Mənbələr