AZ

Azərbaycanlı iş adamının obyektinə basqın: qanunsuz spirtli içkilər, qumar oyunları...-Video

Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri, tanınmış iş adamı Şahin Şıxlinskiyə məxsus “Baku Plaza” Ticarət Mərkəzinə basqın edib.



Xəzərnews.az xəbər verir ki, basqın zamanı azərbaycanlı iş adamına məxsus ticarət mərkəzinin zirzəmisində qadağan olunan oyun avtomatları və qanunsuz spirtli içkilər aşkar edilib.

Şahin Şıxlinski qanunsuz qumarxana təşkil etmək ittihamlarını təkzib edib. O, reydin “Baku Plaza”da icarəyə götürülmüş şirkətdə aparıldığını və aşkar edilmiş avadanlıqla birbaşa əlaqəsinin olmadığını bildirib.

Qeyd edək ki, Şahin Şıxlınski "Ural-Azərbaycan” Sverdlovsk vilayəti Milli-Mədəni Təşkilatının sədri, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvüdür.



Xəbər 201 dəfə oxunub.
Seçilən
13
xezernews.az

1Mənbələr