AZ

Rusların 810-cu desant briqadası Kurskda darmadağın edilib

Rusiya Kursk vilayətindəki Ukrayna ordusunu çıxarmaq üçün bölgəyə 50 min canlı qüvvə və xeyli sayda hərbi texnika cəlb edib. Tribunainfo.az xəbər verir ki, noyabrın 7-dən etibarən başlayan döyüşlərdə rusların ciddi itkilər verdiyi bildirilir.

Lakin Kurskda ən acınacaqlı vəziyyətə Rusiyanın 810-cu Dəniz Piyada Briqadası düşüb. Belə ki, bu briqada kəşfiyyat məlumatı toplamadan hücuma keçib. Amma Poqrebka ərazisində tələyə düşblər. Vəziyyət o qədər ağır olub ki, ukraynalı hərbçilər rus BTR82A-larını yaxın məsafədən vuraraq, sıradan çıxarırmışlar.

Rusiya tərəfi briqadanın itkiləri barədə məlumat vermir. Ukrayna tərəfi isə bu döyüşlərdə (7-13 noyabr) Rusiya ordusunun 80 hərbi texnika itirdiyini vurğlayır. Lakin Kityev hərbçiləri də rusların nə qədər itki verməsi barədə dəqiq bir şey demirlər.

Rus blogger Romanov isə bildirib ki, 810-cu Dəniz Desant Briqadasının əsgərləri döyüşdən sonra prən-pərən düşüblər. “Sağ qalanları bir həftədir bir araya gətirə bilmirlər. Komandirləri hərbçilərinin harada olduğunu belə bilmir”.

 

Seçilən
5
tribunainfo.az

1Mənbələr