AZ

Mardində kütləvi tədbirlər QADAĞAN EDİLDİ

Türkiyənin Mardin vilayətində son iğtişaşlar səbəbindən kütləvi tədbirlər qadağan edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Türkiyənin ölkənin cənub-şərqində yerləşən Mardin vilayəti son iğtişaşlar səbəbindən kütləvi tədbirləri qadağan edib.

Şəhər meriyası tərəfindən verilən açıqlamaya görə, gücləndirilmiş təhlükəsizlik tədbirləri çərçivəsində noyabrın 14-dən 24-dək əyalətin bütün ərazisində səlahiyyətlilərin məqsədəuyğun hesab etdiyi tədbirlər istisna olmaqla, hər hansı tədbirin keçirilməsi qadağan edilib.

Qeyd edək ki, bundan əvvəl Mardin, Halfeti və Batmanda iğtişaşlardan sonra 253 nəfər saxlanılıb.

Onlardan 226-sı “terror təşkilatları” ilə əlaqədə, 27-si isə qanunsuz aksiya keçirməkdə və polis əməkdaşlarına hücumda ittiham olunaraq saxlanılıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
17
interpress.az

1Mənbələr