AZ

Nurlan Baibazarov: "Bakı Bəyannaməsi regionda iqlim maliyyələşdirilməsinə yanaşmanı sürətləndirəcək"

İqlim Maliyyəsi, İnvestisiya və Ticarət Dialoqu üzrə Bakı Bəyannaməsi, digər qlobal və regional təşəbbüslər ilə sinerji yaratmaq regionda iqlimin maliyyələşdirilməsinə ahəngdar yanaşmanın inkişaf etdirilməsinə töhfə verəcək.

"Report" xəbər verir ki, bunu Qazaxıstanın milli iqtisadiyyat nazirinin müavini Nurlan Baibazarov COP29 çərçivəsində keçirilən "İqlim, İnnovasiya və Ticarət üzrə CAREC Tərəfdaşlığı üzrə Nazirlər Görüşü"ndə bildirib.

Onun sözlərinə görə, regional əməkdaşlıq CAREC-in ümumi məqsədlərinin inkişafında mühüm rol oynayır: "CAREC proqramı müxtəlif ölkələr arasında insanları, siyasətləri və layihələri bir araya gətirən platforma kimi özünü sübut edib. Biz səylərimizi qlobal iqlim öhdəlikləri ilə uyğunlaşdırırıq və strategiyalarımız hədəflər üzərində qurulub. CAREC 2030 strategiyası milli prioritetlərimizi davamlı inkişaf və ətraf mühitin mühafizəsi kimi daha geniş məqsədlə uyğunlaşdırır. Qarşılaşdığımız problemlər iqlim dəyişikliyi, iqtisadi bərabərsizliklər və innovasiyalara ehtiyacdır. CAREC gündəliyi ilə biz iqtisadiyyatlarımızla qlobal bazar arasındakı fərqi aradan qaldırmağı hədəfləyirik".

Qeyd edək ki, ADB tərəfindən 1997-ci ildə təsis edilmiş CAREC Proqramının əsas məqsədi Mərkəzi Asiya, Cənubi Qafqaz və Cənubi Asiya ölkələri arasında iqtisadi əməkdaşlığın təşviqidir.

Seçilən
7
report.az

1Mənbələr