AZ

Ramil İskəndərli: Azərbaycan və Afrika QHT-ləri COP29-la bağlı bir sıra birgə fəaliyyətlər həyata keçirir

COP29-da qeyri-hökumət təşkilatlarının pavilyonunda ümumilikdə 50-dək sessiyanın keçirilməsi nəzərdə tutulur. Burada sessiyalar yerli və beynəlxalq tərəfdaşların iştirakı ilə təşkil olunur.

Bu fikirləri Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli AZƏRTAC-a açıqlamasında deyib.

O bildirib ki, xarici tərəfdaş QHT-lər iqlim maliyyəsinin inkişaf etməkdə olan, az inkişaf etmiş ölkələrdə və kiçik ada dövlətlərində ədalətli və bərabər bölgüsünün tərəfdarlarıdır. Onlar tələb edirlər ki, inkişaf etmiş Qərb dövlətləri bu ölkələrdə iqlim dəyişmələrindən əziyyət çəkən icmaların səslərini eşitsinlər.

“Azərbaycan və Afrika QHT-ləri COP29-la bağlı müxtəlif platformalarda anlaşaraq bir sıra birgə fəaliyyətlər həyata keçirirlər. Buna misal olaraq 85 ölkəni əhatə edən 400-dən çox xarici QHT-ni özündə birləşdirən COP29 QHT Koalisiyasını misal çəkmək olar”, - deyə R.İskəndərli əlavə edib.

Seçilən
18
xalqqazeti.az

1Mənbələr