AZ

Boliviya BRİKS tərəfdaşı olmaq üçün dəvət aldı

Boliviya Rusiyadan BRİKS tərəfdaş ölkəsi olmaq üçün dəvət alıb.

Bu barədə ölkənin xarici işlər naziri Selinda Sosa Lunda Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP-29) 29-cu Tərəflər Konfransı çərçivəsində bildirib.

“Bu gün biz Rusiyanın xarici işlər naziri Sergey Lavrovdan dəvət aldıq. Bizi BRİKS-in tərəfdaş dövləti kimi dəvət etmişdilər”,- o, bildirib.

Lunda Boliviyanın sammitdə iştirakına verdiyi dəstəyə görə Rusiya prezidenti Vladimir Putinə minnətdarlığını bildirib . O bildirib ki, ölkə müsbət qərar qəbul edib.

Seçilən
17
aznews.az

1Mənbələr