AZ

Ayın ən yaxşı futbolçusu seçildi

Fransa çempionatında oktyabr ayının ən yaxşı oyunçusu müəyyənləşib.

Bu nominasiyanın qalibi “Sent-Etyen”in hücumçusu Zuriko Davitaşvili olub. Gürcü futbolçu ötən ay Liqa 1-də 5 qol vurub.
23 yaşlı Zuriko karyerasına vətənində başladıqdan sonra Rusiyada “Rubin”, “Rotor” və “Arsenal” klublarında çıxış edib. 2022-ci ildən Fransada oynayan futbolçu iki mövsüm “Bordo”da (67 oyun, 13 qol) oynadıqdan sonra bu ilin yayında “Sent-Etyen”ə transfer edilib. O, bu mövsüm Fransa çempionatında keçirdiyi 11 matçda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
14
2
football-plus.az

3Mənbələr