AZ

IEA qlobal neft tələbi proqnozunu artırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Beynəlxalq Enerji Agentliyi (IEA) qlobal neft hasilatının oktyabr ayında əvvəlki ayla müqayisədə gündəlik təxminən 300 min barel artdığını bildirib.

Banco.az xəbər verir ki, IEA-nın oktyabr ayı neft bazarı hesabatına görə, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) xam neft hasilatı oktyabr ayında əvvəlki ayla müqayisədə gündəlik 210 min barel artaraq 26 milyon 970 min barelə çatıb.

Bu dövrdə “OPEC”in xam neftdən başqa qeyri-ənənəvi hasilatı gündəlik 5 milyon 620 min barel olaraq qeyd edilib. Beləliklə, “OPEC”in ötən ay ümumi neft hasilatı gündəlik 32 milyon 600 min barel olaraq qeydə alınıb. Bu miqdar əvvəlki ayla müqayisədə gündəlik 220 min barel çoxdur.

“OPEC” üzvü olmayan ölkələrin gündəlik neft hasilatı sözügedən dövrdə gündəlik 80 min barel artaraq 70 milyon 370 min barelə çatıb. 

Beləliklə, qlobal neft hasilatı oktyabrda əvvəlki ayla müqayisədə gündəlik təxminən 300 min barel artaraq 102 milyon 970 min barelə yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
14
banco.az

1Mənbələr