AZ

COP for Hope: Qırğızıstan enerji mübadiləsini yaxşılaşdırmaq üçün Xəzər dənizi ilə kabel çəkilişi layihəsinə maraq göstərir - Nazir (Eksklüziv)

Bakı. Trend:

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlıxüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi iləmübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkərəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm vəekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkanyaradır.

Budəfəki müsahibimiz: Qırğızıstanın energetikanaziri Taalaybek İbrayevdir.

COP29 çərçivəsində nazir Trend-ə bildirib ki, Qırğızıstan enerji mübadiləsiniyaxşılaşdırmaq üçün Xəzər dənizi ilə kabel xəttinin çəkilməsilayihəsinə maraq göstərir.

Qırğızıstanın energetika naziri Mərkəzi Asiya çərçivəsindəenerji əməkdaşlığının vacibliyini vurğulayaraq qeyd edib ki, üçölkə - Qazaxıstan, Özbəkistan və Azərbaycan Xəzər dənizi ilə kabelxəttinin çəkilməsi layihəsini fəal şəkildə əlaqələndirirlər.Qazaxıstan və Özbəkistanın enerji sistemləri ilə möhkəm əlaqələriolan Qırğızıstan bu layihəni perspektivli hesab edir, çünki bu,enerji mübadiləsini yaxşılaşdıracaq və regionda enerji təchizatıproblemlərini həll edəcək.

"Mərkəzi Asiya bu gün enerji halqası çərçivəsində fəaliyyətgöstərir və bizim üçün, Qırğızıstan, bu, son dərəcə vacibdir, çünkibiz Qazaxıstan və Özbəkistan enerji sistemləri ilə əlaqələrqurmuşuq. Biz elektrik enerjisini ixrac və idxal edirik ki, bu dabu layihəni bizim üçün çox perspektivli edir", - o deyib.

O qeyd edib ki, Qırğızıstan da hidroenergetika sahəsindəlayihələri fəal şəkildə inkişaf etdirir. O cümlədən, nazirlik təkcəQırğızıstanın deyil, həm də onun qonşuları olan Qazaxıstan vəÖzbəkistanın su-energetika problemlərini həll edəcək 1860 meqavatgücündə Kambarata SES-1-in tikintisi üzrə iri layihə üzərindəişləyir. Bu layihə artıq Dünya Bankı tərəfindən dəstəklənir və onunhəyata keçirilməsi üçün podratçının seçiminə gələn ildənbaşlanacaq.

"Biz bu il bu layihələrdən birinin həyata keçirilməsinəbaşlamağı planlaşdırırıq və 2025-ci ilin sonuna qədər ilk günəşstansiyaları işə salınacaq. Bu, təkcə İssık-Kul bölgəsində deyil,digər bölgələrdə, o cümlədən ölkənin cənubunda və şimalında davar", - nazir əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
35
2
az.trend.az

3Mənbələr