AZ

Litva hökuməti istefa verib

Litva parlamentinin yenidən seçilməsi ilə əlaqədar İnqrida Simonytenin rəhbərlik etdiyi respublika hökuməti istefa verib.Bu barədə "RİA Novosti” xəbər verir.
 
Nazirlər Kabineti Litva Prezidenti Gitanas Nauseda qarşısında istefa verib.

Respublikanın Əsas Qanununa əsasən, Seymin yeni çağırışının başlanmasından sonra hökumət istefaya gedir və parlament üzvləri yeni nazirlər kabinetini formalaşdıracaq baş naziri seçməlidir.Parlamentarilərin yeni baş naziri seçmək üçün 15 gün vaxtı var.
 
Nauseda eks-nazirlərə yeni kabinet formalaşana qədər vəzifələrini icra etməyə davam etməyi tapşırıb.

www.anews.az
Seçilən
26
7
anews.az

9Mənbələr