AZ

Bundesliqa klubu onu satmaq istəmir

Almaniyalı oyunçu Conatan Ta "Bayer Leverkuzen"də qalacaq.  

90deqiqe.Az-ın “AS”a istinadən məlumatına görə, Bundesliqa təmsilçisi mərkəz müdafiəçini qış transfer pəncərəsi zamanı satmaq niyyətində deyil. Hazırda alman futbolçu ilə üç klub qabaqcıl danışıqlar aparır: “Real Madrid”, “Barselona” və “Bavariya”.

Məhz bu komandalar arasında  28 yaşlı futbolçunun transferi uğrunda mübarizə gedəcək, lakin Madrid və Münhen klublarının "mavi qranatlar"dan daha yüksək şansının olduğu vurğulanır.

Bu mövsüm müdafiəçi bütün turnirlərdə 17 matçda iştirak edib və bir qol vurub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 30 milyon avrodur.

Seçilən
21
90deqiqe.az

1Mənbələr