İspaniya La Liqasının 13-cü turunun “Espanyol” – “Valensiya” oyunu dekabrın 18-də keçiriləcək.
90deqiqe.Az xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyası məlumat yayıb.
Xatırladaq ki, bu oyun əvvəlcə noyabrın 9-da baş tutmalı idi. Lakin fəlakətli daşqının nəticələrinə görə “yarasalar” oyunçuları bu görüş üçün Kataloniyaya uçmayıblar. Həmçinin 12-ci turda “Valensiya” öz matçını keçirməyib.
“Yarasalar” “Real Madrid”lə doğma meydanda “Mestalya”da qarşılaşmalı idi. Bu oyunun tarixi hələlik məlum deyil. La Liqanın ötən turlarının nəticələrinə əsasən, "Valensiya" keçirdiyi 11 oyundan 7 xalla 20-ci yerdədir.