2024-cü il oktyabrın 24-dən noyabrın 13-dək Xəzər dənizinin Manqistau vilayətində sahillərində 1034 ölü suiti aşkar edilib.
Publika.az Qazaxıstan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə istinadla xəbər verir ki, Balıqçılıq Komitəsinin mütəxəssisləri bunun səbəbinin təbii hadisələr, o cümlədən sualtı zəlzələlər nəticəsində atmosferə buraxılan qaz emissiyaları ola biləcəyini ehtimal edirlər.
Suitilərin ölüm səbəbləri ilə bağlı yekun nəticələr, elmi təşkilatların fikrincə, 3-4 ay çəkəcək laboratoriya tədqiqatları başa çatdıqdan sonra əldə olunacaq.
Bundan əvvəl bildirilib ki, sahilyanı monitorinqlər zamanı yüzlərlə ölü heyvan aşkar edilib.