Bu gün UEFA Millətlər Liqasında V turun ilk oyunları keçirilib.
"Operativ Media" xəbər verir ki, turun açılış matçında Qazaxıstan doğma meydanda Avstriyaya məğlub olaraq B liqasında mübarizəsini dayandırıb. Eyni liqanın favoriti sayılan İngiltərə isə səfərdə Yunanıstanı darmadağın edib.
A liqasında baş tutan turun mərkəzi görüşündə İtaliya səfərdə Belçikadan üstün olmağı bacardı.
UEFA Millətlər Liqası
V tur
A Liqası
2-ci qrup
Belçika – İtaliya 0:1
Qol: S.Tonali, 11
Fransa – İsrail 0:0
Xal durumu: İtaliya – 13, Fransa – 9, Belçika – 4, İsrail – 1
B Liqası
2-ci qrup
Yunanıstan – İngiltərə 0:3
Qollar: O.Uotkins 7, O.Vlakhodimos 78 (avtoqol), K.Cons 83.
İrlandiya – Finlandiya 1:0
Qol: İ.Ferqusyon 45
Xal durumu: İngiltərə – 12, Yunanıstan – 12, İrlandiya – 6, Finlandiya – 0
3-cü qrup
Qazaxıstan – Avstriya 0:2
Qollar: X.Baumqartner, 15, M.Qreqoritç 25
Sloveniya – Norveç 1:4
Qollar: B.Sesko, 21 – A.Nusa, 4; 59, E.Haland, 45, J.Haudj, 82
Xal durumu: Avstriya – 10, Norveç – 10, Slovenya – 7, Qazaxıstan – 1
C Liqası
4-cü qrup
Ermənistan – Farer Adaları 0:1
Qol: V.Davidsen, 33
Şimali Makedoniya – Latviya 1:0
Qol: N.Serafimov, 57
Xal durumu: Şimali Makedoniya – 13, Farer Adaları – 6, Ermənistan – 4, Latviya – 4