AZ

Hicab taxmayan qadınları xəstəxanalarda müalicə edəcəklər!

İran hökuməti ictimai yerlərdə hicab taxmaqdan və başını örtməkdən imtina edən qadınları müalicə edəcək xüsusi klinikalar açmağı planlaşdırır. 

News24.az Söz.az-a istinadən xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Tehranın Fəzilətin Təbliği və Pisliyin Qarşısının Alınması üzrə Baş Qərargahının qadın və ailə məsələləri şöbəsinin müdiri Mehri Talebi Darestani bildirib ki, klinika hicabın çıxarılmasının qarşısını almaq üçün elmi və psixoloji üsullar təklif edəcək.

İnsan haqları təşkilatları bu fikrə etirazlarını bildiriblər.

Böyük Britaniyada yaşayan iranlı jurnalist Sima Sabet sözügedən xəstəxanalarla bağlı bunları deyib: "Hicab taxmayan qadınları "müalicə etmək" üçün klinikaların yaradılması ideyası dəhşətlidir. İnsanlar sadəcə olaraq hakim ideologiyaya uyğun gəlmədikləri üçün cəmiyyətdən ayrılırlar".

İranlı hüquq müdafiəçisi Hüseyn Rəisi də klinikaların yaradılmasına qarşı çıxıb. O, belə qurumların nə İran qanunlarına, nə də İslama uyğun olduğunu bəyan edib.


Seçilən
24
news24.az

1Mənbələr