AZ

Bu adada Rusiya əhalisindən daha çox insan məskunlaşıb...

"Burada 120 vulkan var, küçələr yoxdur, yalnız evlər arasında dar keçidlər var, ərazinin 30 faizi cəngəlliklərdən ibarətdir..."
 
2024-cü ildə Rusiyanın əhalisi 146 milyon nəfər təşkil edib. Beləliklə, Murmanskdan Soçiyə, Kalininqraddan Kamçatkayadək uzanıb gedən nəhəng Rusiyanın əhalisi sahəsi cəmi 132 kv. km olan adaya "yerləşə bilər".
 
Moderator.az xəbər verir ki, bu barədə "pikabu.ru" nəşri yazıb.
 
Bunun hansı ada olduğunu bilirsinizmi?
 
Burada ifrat sıx şəhər tikilisinin yalnız bir kv. km ərazisi təsvir edilib. Xüsusi aralıq sahələri, hətta adət etdiyimiz küçələr də praktiki olaraq yoxdur, yalnız evlər arasında dar keçidlər var.
 
Adada belə sahələr minlərlədir. Ümumi əhalisinin sayı 153-154 milyon nəfər təşkil edir.
 
Bu əraziyə ekvivalent olaraq aşağıdakı ölkələrin əhalisi dəfələrlə sığa bilər:
 
- 1 Rusiya
- 3 İtaliya
- 6 Avstraliya
- 15 Azərbaycan
- 30 Yeni Zelandiya
- 85 Latiya
- 700 Abxaziya.
 
İndi Yer kürəsinin bu bir parça torpağında məskunlaşma sıxlığını təsəvvür edə bilərsiniz. Bu ada İndoneziyanın tərkibində olan Yava adasıdır.
 
Yeri gəlmişkən, bu, Yer kürəsinin heç də ən böyük adası deyil. O, yalnız 13-cü yerdədir, təxminən iki Saxalin boydadır.
 
Regionun ən böyük adaları daha az məskunlaşıb. Bu adalar aşağıdakılardır:
 
- Yeni Qvineya
- Kalimantan
- Sumatra.
 
Maraqlıdır ki, ada nə qədər böyükdürsə, məskunlaşma daha azdır.
 
Yava adasında İndoneziyanın paytaxtı Cakarta şəhəri yerləşir. Bu, dünyanın ən sıx məskunlaşan adasıdır. Adanın uzunluğu 1000 km təşkil edir. Burada 120 vulkan var, adanın təxminən 30 faizi cəngəlliklərdən ibarətdir.
 
Yava adası maraqlı tarixə malikdir, onun ərazisində ilk dövlətlər hələ eramızın III əsrində yaranıb və XVII əsrin ortalarınadək mövcud olub, daha sonra Şərqi-Hind şirkəti adanı tədricən zəbt edib. Hollandiyanın hakimliyi zamanı adada İndoneziyanın paytaxtı Bataviyanın (indiki Cakarta) əsası qoyulub.
 
İndoneziya uzun zaman Hollandiya müstəmləkə imperiyasının tərkibində olub, ikinci dünya savaşı zamanı yaponlar tərəfindən işğal edilib, Yaponiyanın təslim olmasından sonra 1945-ci ildə öz müstəqilliyini elan edib. 
 
Müstəqillik elan edilməzdən öncə indoneziyalılar Hollandiya ilə Birinci və İkinci müstəmləkə müharibələrini yaşayıb, 1948-ci ilin sonunda bu ölkə İndoneziyanın müstəqilliyi ilə barışmalı olub.
 
Yava adası müxtəlif ənənələr və mədəniyyətlərin təkrarsız qovuşması, öz gözəlliyi və təbii zənginliyi ilə seçilir. Görməli yerləri və zəngin tarixi irsi ilə ziyarətçiləri özünə cəlb edir.
Seçilən
23
50
moderator.az

10Mənbələr