AZ

Millimiz 2:1 hesabı ilə qalib gələcək?

Avropa statistikləri UEFA Millətlər Liqasının V turunda keçiriləcək oyunlarla bağlı proqnozlarını veriblər.

Futbolinfo.az xəbər verir ki, mütəxəssislər sabah keçiriləcək Azərbaycan – Estoniya matçı ilə bağlı da fikirlərini bölüşüblər.

Millimizdə Emin Mahmudov, Mahir Emreli və Renat Dadaşovun ciddi itki olduğu vurğulansa da, mütəxəssislərin fikrincə, estonlarda Marten Kuuskun yoxluğu daha ciddi təsir göstərə bilər. Üstəlik, estonların uzun səfərlər zamanı ciddi problem yaşamaları diqqətdən yayınmayıb. Bu mənada qarşılaşmanın Qəbələyə salınmasının qonaq komandaya ikiqat çətinlik yaradacağı güman edilir.

Maraqlıdır ki, əksər statistiklər komandamızın 2:1 hesablı qələbə qazanacağını düşünürlər.

Seçilən
20
futbolinfo.az

1Mənbələr