AZ

İsrail Qəzzada məcburi köçkün çadırlarını hədəf alıb

İsrail ordusunun Qəzza zolağının mərkəzi hissəsində yerləşən Bureyc Qaçqınlar Düşərgəsində məcburi köçkünlərin çadırına təşkil etdiyi hava hücumunda biri uşaq olmaqla 3 fələstinli həyatını itirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Əqsa Şəhidləri Xəstəxanası məlumat yayıb. 

Belə ki, İsrailə məxsus pilotsuz uçuş aparatı Qəzzanın mərkəzi hissəsində yerləşən Deyr əl-Belah şəhərindəki Büreyc Qaçqınlar Düşərgəsini bombalayıb.

İlkin məlumata görə, köçkünlərin çadırlarına edilən hücumda biri qız olmaqla 3 fələstinli həyatını itirib, çoxlu sayda fələstinli isə yaralanıb.

Qeyd edək ki, İsrailin 7 oktyabr 2023-cü ildən bəri hücumlarını davam etdirdiyi Qəzzada 2 milyon 300 min fələstinlinin 2 milyonu didərgin düşüb. 

Əli Hüseynov

Seçilən
37
bakivaxti.az

1Mənbələr