AZ

Torpaq üstündə mübahisə edən oğul anasını döydü

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Abşeron Rayon Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərərvurmada təqsirləndirilən Samir Əsədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Samir Əsədov 2 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.
İttihama görə, hadisə 19 aprel 2023-cü il tarixdə, saat 8 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində qeydə alınıb.
Belə ki, Samir Əsədov anası, zərərçəkmiş Nisə Əsədovanın (şərti) yaşadığı sözügedən qəsəbədəki evə gəlib. O, həmin evin yerləşdiyi torpaq sahəsinin ona məxsus olmasını deyib, mərhum qardaşının arvadı ilə mübahisə edib. Bu zaman anası Samirə irad bildirib və onu evdən qovmağa çalışıb. Təqsirləndirilən şəxs isə bunu bəhanə edərək Nisə Əsədovanın biləklərindən tutub qəsdən itələyib yerə yıxıb. Nəticədə qadının 1-ci bel fəqərəsinin yerdəyişməyən sınığı xəsarəti yetirməklə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurub.
Hadisədən sonra Samir Əsədov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Seçilən
7
2
oxu.az

3Mənbələr