Hizbullah İsrailin Təl-Əviv şəhərindəki Tel Haim hərbi bazasının “nisbi raketlərlə” hədəf alındığını açıqlayıb.
Turkustan.az xəbər verir ki, İsrailin Fələstin və Livana hücumlarına görə daha bir cavab Hizbullahdan gəlib. Hizbullah tərəfindən verilən açıqlamada İsrailin Təl-Əviv şəhərindəki Tel Haim hərbi bazasının “nitelikli raketlərlə” hədəf alındığı bildirilib.
Qeyd olunub ki, İsrail ordusunun hərbi kəşfiyyat idarəsinə aid olduğu bildirilən baza Livan sərhədindən təxminən 120 kilometr aralıda yerləşir.
Hizbullaha yaxın sosial media hesablarında hücumun görüntüsü paylaşılarkən, İsrail məsələ ilə bağlı açıqlama verməyib.
Eltac Zülfüqaroğlu/Turkustan.az