AZ

Nepallı qonağın COP29-la bağlı TƏƏSSÜRATLARI - ÖZƏL

“İlk dəfədir ki, Azərbaycana gəlirəm. Ölkə gözəldir, insanlar mehribandır. Yeməklərinizin dadına isə söz ola bilməz”. 

Bu sözləri Bizim.Media-ya Nepaldan COP29-a gələn qonaq Mingma Chhiri Sherpa deyib.

Onun sözlərinə görə konfransa gəlməkdə məqsədi başqaları ilə tanış olmaq, iqlim dəyişikliyi ilə bağlı məlumatları öyrənmək və öz icmasını təmsil etməkdir:

“Mən dağlıq ərazidən gəlmişəm. Geyimim hər kəsə maraqlı gəlir. Əslində isə bu çoban geyimidir. Beləliklə, öz ölkəmin mədəni irsisini nümayiş etdirirəm", deyə o, bildirib. 

Nuray, Bizim.Media

Seçilən
27
bizim.media

1Mənbələr