AZ

Almaniyalı nümayəndə: İtki və zərər nəticələrini təmin edən uğurlu COP-a sahib olmaq üçün dəstək verməliyik

"Bakı çağırışı bizi yeni yanaşmaya - hökumətlərlə, münaqişəyə meyilli bölgələrdən olan icmalarla, yerli aktorlarla və BMT-nin müvafiq agentlikləri ilə tərəfdaşlığa doğru hərəkət etdirə bilər”.

APA xəbər verir ki, bunu Dövlət Katibi və Almaniya Xarici İşlər Nazirliyinin Beynəlxalq İqlim Fəaliyyəti üzrə Xüsusi Nümayəndəsi Cennifer Morqan COP29 çərçivəsində keçirilən “İqlim və Sülh: Heç kim arxada qoymamaq naminə birgə fəaliyyət”adlı Yüksək səviyyəli paneldə deyib.

O bildirib ki, Bakı çağırışı bu kontekstdə müxtəlif tərəfdaşların investisiya edilə bilən davamlılıq layihələri xəttini müəyyənləşdirə bilər:

“Bakı çağırışı iqlim dəyişikliyi və kövrəkliyin bu kəsişməsində səyləri birləşdirə və təcili olaraq tədbirləri genişləndirə bilər. Mən hesab edirəm ki, ümumilikdə, biz öhdəlikdən real fəaliyyətə keçməyimizi təmin etməliyik. Bununla belə biz bəşəriyyətin təhlükəsizliyi və beynəlxalq sülh, sabitlikdən əlavə risk və zərərdən qaçmağın yollarını da bilirik. Bu, kütləvi emissiyaların azaldılmasının aydın yoludur. Buna getməsək, 5 dərəcə həddinə çata bilərik. Buna görə də, hamımız iqlimin yumşaldılması, maliyyə, uyğunlaşma, itki və zərər nəticələrini təmin edən uğurlu COP-a sahib olmaq üçün burada COP prezidentliyinə dəstək vermək üçün çox çalışmalıyıq”.
Seçilən
7
2
sherg.az

3Mənbələr